Dünya

İsraildə fövqəladə hökumət yaradılıb

12 Oktyabr 2023 07:49
Baxış: 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin müxalif siyasi bloku "Dövlət Düşərgəsi"nin liderlərindən biri, Knessetin (parlament) üzvü Benni Qantsın iştirakı ilə ölkədə fövqəladə hökumət yaradıldığını elan edib.

Milli.Az report-a istinadən xəbər verir ki, o, bu barədə xalqa televiziya ilə müraciəti zamanı bildirib.

"İsrail vətəndaşları, bu gecə biz fövqəladə hökumət yaratdıq. İsrail xalqı birdir və bu gün onun rəhbərliyi də birləşib".

Baş nazirin sözlərinə görə, "bütün digər mülahizələr" bir kənara qoyulub, çünki indi İsrailin taleyi təhlükə altındadır. O, hakimiyyətin bütün israillilərin və ölkənin rifahı üçün birgə çalışacağını vurğulayıb.

Baş nazir əsas vəzifəni İsrailə hücum edən radikal Fələstinin HƏMAS təşkilatı üzərində qələbə adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.