İsrailin rəsmi səhifəsi İranın ali dini lideri Əli Xameneiyə cavab verib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə X sosial şəbəkəsində paylaşım edilib.
"Klaviatura arxasında gizləndiyiniz zaman cəsarətli olmaq asandır. Siz və HƏMAS dostlarınız çox tezliklə barbar hərəkətlərinizdən peşman olacaqsınız", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Xamenei ötən gün "Sionist rejimə hücum planlaşdıranların əllərindən öpürük" demişdi.
Milli.Az