İsraildən Xameneiyə cavab: Peşman ediləcəksiniz!

11 Oktyabr 2023 13:52

İsrailin rəsmi səhifəsi İranın ali dini lideri Əli Xameneiyə cavab verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə X sosial şəbəkəsində paylaşım edilib.

"Klaviatura arxasında gizləndiyiniz zaman cəsarətli olmaq asandır. Siz və HƏMAS dostlarınız çox tezliklə barbar hərəkətlərinizdən peşman olacaqsınız", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Xamenei ötən gün "Sionist rejimə hücum planlaşdıranların əllərindən öpürük" demişdi.

Milli.Az