Dünya

İsrail Qəzza zolağında genişmiqyaslı hücuma keçib

10 Oktyabr 2023 22:11
Baxış: 977
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrail ordusu Qəzza zolağına genişmiqyaslı hücuma keçir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant deyib.

"Mən bütün məhdudiyyətləri ləğv etdim, biz [İsrail] ərazisinə nəzarəti bərpa etdik və genişmiqyaslı hücuma keçirik", - deyə nazir bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.