Dünya

Qəzzada ölən fələstinlilərin sayı açıqlandı

10 Oktyabr 2023 15:23
Baxış: 1 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail ordusunun Qəzza zolağını atəşə tutması və İordan çayının Qərb sahilində qarşıdurma zamanı ölənlərin sayı 788 nəfərə çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb.

Daha 4100 nəfərin isə yaralandığı bildirilir. 

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda döyüşlər davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.