Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Teleqram kanallarına 50 mindən çox Ermənistan vətəndaşı üzvdür.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri Argişti Karamyan bildirib.
Narkotiklərin qanunsuz dövriyyəsi nəticəsində əldə olunan vəsaitin ümumi həcmi 3 milyard dramdan (təxminən 7,5 milyon dollar - red.) çoxdur.
Araşdırmalar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 onlayn platforma müəyyən edilib.
Milli.Az