Dünya

“Hər hücuma görə bir israilli əsiri edam edəcəyik” - HƏMAS

9 Oktyabr 2023 21:56
Baxış: 1 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

HƏMAS İsraili hər növbəti hücumuna görə bir israilli əsiri edam etməklə hədələyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Əlcəzirə" kanalına HƏMAS-ın üzvü bildirib.

O, hücumlara görə israilli əsrləri edam edəcəklərini deyib.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb

HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində həlak olanların sayı 700-ü ötüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.