Dünya

Avropanın ən hündür dağı iki metr AŞAĞI DÜŞDÜ

7 Oktyabr 2023 17:28
Baxış: 1 076
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropanın ən hündür dağı iki metr aşağı düşüb.

Milli.Az yenicag.az.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın Yuxarı Savoya departamentinin ekspert sörveyerlərinin hesabatında deyilir.

Alp dağlarının ən yüksək zirvəsi olan Monblan iki ildə hündürlüyünü 2 metrdən çox itirib.

Onların hesablamalarına görə, 2021-ci ildə Monblanın hündürlüyü 4807,81 metr olub. İndi o, 4805,59 metrə enib. Yəni 2,22 metr "kiçilib".

Yuxarı Savoya departamentinin tədqiqatçıların regional bölməsinin prezidenti Jan de Qaret narahat olmamağa çağırıb. Belə dəyişikliklər normaldır və yağışın səviyyəsindən asılı ola bilər. İki ildən sonra Monblan "yenidən iki metr yüksək ola bilər" deyib.

Qeyd edək ki, 2021-ci ildə dağ 2017-ci illə müqayisədə bir metr "kiçilib". 2007-ci ildə daha yüksək olub. O zaman zirvənin hündürlüyü 4810,9 metr olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.