Dünya

Sel qurbanlarının sayı 42 nəfərə çatdı - 142 nəfər itkin düşüb

7 Oktyabr 2023 09:35
Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın şimalındakı Sikkim ştatında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində insan tələfatı artıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hökumət rəsmilərinin açıqlamasına görə, Sikkimdə 20, Qərbi Benqal ştatında isə 22 meyiti aşkarlayıblar. Bununla da təbii fəlakət qurbanlarının sayı 42 nəfərə çatıb.

Hava şəraitinin yaxşılaşması ilə əlaqədar itkin düşmüş 142 nəfərin, o cümlədən 15 hərbçinin intensiv axtarışları davam etdirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.