Dünya

İran ABŞ helikopterini lazerlə məhv etmək istədi

29 Sentyabr 2023 08:15
Baxış: 1 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran ordusuna məxsus gəmilər ABŞ hərbi helikopterinə qarşı bir neçə dəfə lazer şüası tətbiq edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) məlumatında deyilir.

Bildirilib ki, insident Fars körfəzində baş verib:

"İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi-dəniz qüvvələri ABŞ-ın AH-1Z Viper zərbə helikopterinə qarşı təhlükəsiz və qeyri-peşəkar şəkildə lazer şüası yönədiblər".

Məlumata görə, helikopter beynəlxalq hava məkanında adi qaydada əməliyyatlar icra edirmiş.

Hadisə nəticəsində helikopterə zərər dəyməyib, xəsarət alan yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.