Dünya

Ağ Ev Kiyevə hərbi yardım üçün şərtlərini açıqladı

26 Sentyabr 2023 09:55
Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna ABŞ-dan hərbi yardım almağa davam etmək üçün həyata keçirilməli olan islahatların siyahısı ilə bağlı məktub alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Maykl Payl bildirib.

Kiyevə "şirkətlərin və operatorların maliyyə sabitliyini" təmin etmək üçün qaz və elektrik enerjisinin qiymətlərini liberallaşdırmaq tövsiyə olunur. "Ukrenerqo" və "Naftoqaz" şirkətlərinin müşahidə şurasının genişləndirilməsi, həmçinin Ukrayna Milli Antikorrupsiya Bürosunun gücləndirilməsi təklif edilir. Həmçinin Agentlik telefon dinləmə hüququ və "yüksək səs-küylü korrupsiya hallarını araşdırmaq üçün müstəsna səlahiyyətlər" almalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.