Dünya

Nazir Vaşinqtona buraxılmadı

26 Sentyabr 2023 08:27
Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət Departamenti sentyabrın 25-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Vaşinqtona səfər tələbinin rədd edildiyini təsdiqləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, İranın xarici işlər naziri ötən həftə BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda olub. İran mətbuatının yazdığına görə, o, ABŞ rəsmilıərindən Vaşinqtona getmək üçün icazə istəsə də, müsbət cavab almayıb. Bildirilib ki, 1979-cu il İran inqilabından sonra İranın Vaşinqtonda səfirliyi yoxdur.

Xatırladaq Tramp administrasiyası dövründə qəbul edilmiş qaydalara əsasən, İran rəsmilərinin ABŞ-a səfərləri zamanı müəyyən bölgələrə səfərləri qadağan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.