Dünya

Kubanın ABŞ-dəki səfirliyinə hücum olub

25 Sentyabr 2023 08:14
Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bazar günü naməlum şəxs Kubanın Vaşinqtondakı səfirliyinə iki "Molotov kokteyli" atıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla sosial şəbəkədə bildirib.

"Kubanın ABŞ-dəki səfirliyi iki "molotov kokteyl"i atan şəxs tərəfindən törədilən terror aktının hədəfinə çevrilib. Diplomatik missiyanın əməkdaşları arasında itki yoxdur", - nazir deyib.

Diplomat qeyd edib ki, bu, 2020-ci ildən bəri Kubanın ABŞ-dəki diplomatik missiyasına ikinci hücumdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.