Dünya

Kiyev qalib gəlsə, ABŞ bu ölkəyə yönələcək

22 Sentyabr 2023 14:39
Baxış: 1 284
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna münaqişədə uğur qazanacağı təqdirdə ABŞ diqqətini Çinə yönəldəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

"Əgər ABŞ Çindən narahatdırsa, o zaman Ukraynanın qələbəsini təmin etmək lazımdır", - deyə alyansın baş katibi bildirib.

Stoltenberqin fikrincə, Kiyev münaqişədə qalib gəlsə, ABŞ (Ukraynanın timsalında) Avropada ikinci ən böyük orduya sahib olacaq ki, bu da Vaşinqtonun diqqətini Çinə yönəltməsini asanlaşdıracaq və regiondakı vəziyyətlə bağlı narahatlığını azaldacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.