Dünya

ABŞ-nin Beyrutdakı səfirliyinə atəş açıldı

21 Sentyabr 2023 15:46
Baxış: 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin Beyrutdakı səfirliyinin binasına atəş açılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Livan KİV-i məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alanlar və atəşin hansı silahdan açıldığı barədə məlumat verilməyib.

Silahlı hücumu həyata keçirənlərin kimliyi hələlik müəyyən edilməyib.

Qeyd edək ki, 39 il əvvəl, yəni 20 sentyabr 1984-cü ildə də ABŞ-nin Livandakı səfirliyinə minalanmış avtomobil vasitəsilə hücum olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.