Dünya

Bayden Zelenskidən bunu şəxsən eşitmək istəyir

21 Sentyabr 2023 12:27
Baxış: 1 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenski ilə gözlənilən görüşdə onun münaqişə zonasındakı vəziyyətlə bağlı qiymətləndirməsini eşitmək istərdi.

Milli.Az axar.az-a istinadən bildirir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Prezident bu görüşdə döyüş meydanındakı vəziyyətlə bağlı qiymətləndirməni birbaşa Ukraynanın baş komandanından eşitmək istəyir", - deyə Kirbi bildirib.

Qeyd edək ki, Zelenski hazırda BMT Baş Assambleyasının iclası ilə əlaqədar Nyu Yorkda səfərdədir. Onun Ağ Ev lideri ilə görüşü gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.