ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenski ilə gözlənilən görüşdə onun münaqişə zonasındakı vəziyyətlə bağlı qiymətləndirməsini eşitmək istərdi.
Milli.Az axar.az-a istinadən bildirir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Prezident bu görüşdə döyüş meydanındakı vəziyyətlə bağlı qiymətləndirməni birbaşa Ukraynanın baş komandanından eşitmək istəyir", - deyə Kirbi bildirib.
Qeyd edək ki, Zelenski hazırda BMT Baş Assambleyasının iclası ilə əlaqədar Nyu Yorkda səfərdədir. Onun Ağ Ev lideri ilə görüşü gözlənilir.
Milli.Az