Dünya

22 nəfəri öldürənə 22 il həbs verildi

20 Sentyabr 2023 16:37
Baxış: 968
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada qatarda 22 sərnişinin qatili azadlıqdan məhrum edilib.

Milli.Az lent.az-a istinadən bildirir ki,hadisə Moskvanın Vladivostok əyalətində baş verib.

Şəhər sakini 36 yaşlı şəxs qəsdən sağlamlığa ağır zərər vurma və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən quldurluq təqsirli bilinib.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 2007-ci ilin oktyabr ayından 2009-cu ilin yanvar ayına kimi Moskva vilayətində elektrik qatarlarında sərnişinlərin içkilərinə ruhi xəstələrin müalicəsində istifadə edilən antipsikotik preparatı qarışdırıb. Nəticədə 22 nəfər kəskin zəhərlənmədən ölüb, cinayətkar onların pulunu və şəxsi əşyalarını oğurlayıb.

Məhkəmənin qərarı ilə o, 22 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory