Dünya

Qubernatordan Kim Çen Ina maraqlı hədiyyə - FOTO

17 Sentyabr 2023 22:46
Baxış: 1 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Primorsk diyarının qubernatoru ölkədə rəsmi səfərdə olan Şimali Koreya lideri Kim Çen Ina gülləkeçirməz jilet və yerli istehsal olan dron dəsti hədiyyə edib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, KXDR liderinə həmçinin "Qeran-25" kəşfiyyat aparatı təqdim edilib.

Bundan əlavə, Kim Çen Ina termal kameralardan gizlənməyə imkan verən xüsusi geyim dəsti də hədiyyə edilib.

Xatırladaq ki, KXDR lideri prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edib. Sentyabrın 13-də Putin və Kim Çen In Amur vilayətindəki "Vostoçnıy" kosmodromunda danışıqlar aparıb.

Sentyabrın 16-da Kim Çen In Primorska gəlib, burada Kneviçi hərbi aerodromunda Rusiya təyyarələrinə baxış keçirib, həmçinin Sakit Okean Donanmasının "Marşal Şapoşnikov" freqatına baş çəkib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.