İran ölüm hökmünü ləğv etməlidir - Avropa İttifaqı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa İttifaqı (Aİ) son bir ildə İranda edamların sayının narahatlıq doğuran artımını nəzərə alaraq, Tehran hakimiyyətini edamlardan çəkinməyə, məhbuslara qarşı lazımi hüquqi prosesə başlamağa və ölüm cəzasının ləğvi istiqamətində ardıcıl siyasət yürütməyə çağırır.
Milli.Az report-a istinadən xəbər verir ki, təşkilatın bununla bağlı bəyanatında əvvəlcə Məhsa Əmininin ölümündən söz açılıb və bu hadisənin İran daxilindəki etiraz dalğasını daha da alovlandırdığı vurğulanıb:
"Bir il əvvəl 22 yaşlı Məhsa Əmini İran əxlaq polisi tərəfindən öldürülüb. Onun ölümü ölkə daxilində hakimiyyətə qarşı narazılığı alovlandırdı. İran hakimiyyətinin bu etiraz dalğasına cavabı yüzlərlə insanın ölümünə, minlərlə günahsız etirazçının həbsinə gətirib çıxardı, repressiv hərəkətlər artdı. Fikir və ifadə azadlığı, digər vətəndaş azadlıqları getdikcə məhdudlaşdırılır".
Aİ İranda hələ də insan haqlarının vəziyyətinin kritik olaraq qalmasına diqqət çəkib. Bildirilib ki, mövcud vəziyyət fonunda Aİ və ona üzv ölkələr Tehranı İranın da qoşulduğu Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda təsbit olunmuş prinsiplərə ciddi şəkildə riayət etməyə çağırmaqda həmrəydirlər.
"Biz İranı qanunda və praktikada qadınlara qarşı sistemli ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmağa, qadın və qızlara yönəlik cinsi və gender əsaslı zorakılığın qarşısını almaq və onların müdafiəsini təmin etmək üçün tədbirlər görməyə çağırırıq.
Aİ onlayn və oflayn da daxil olmaqla ifadə, toplaşmaq azadlığı kimi fundamental hüquqları dəstəkləyir və bu hüquqların qorunmasını müdafiə edir. Güclü və azad vətəndaş cəmiyyəti vacibdir.
Etirazçılara qarşı ağır hökmlərin, o cümlədən ölüm cəzasının tətbiq edilməsindən dəhşətə gəlirik və hər zaman, hər yerdə və bütün şəraitlərdə ölüm hökmünün əleyhinə olduğumuzu bir daha bəyan edirik", - bəyanatda vurğulanıb.
Bəyanatda o da xatırladılıb ki, beynəlxalq hüquqa görə işgəncə qadağandır:
"Buna bəraət qazandıra biləcək heç bir səbəb, hal və ya istisnalar yoxdur. Biz İranı tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilə və sazişləri yerinə yetirməyə çağırırıq. Bundan başqa, BMT-nin İnsan Hüquqları üzrə Xüsusi Prosedurlar üzrə müvafiq mandat sahiblərinin ölkəyə sərbəst girişinə icazə verməyə və İnsan Hüquqları Şurasının yaratdığı müstəqil, beynəlxalq faktaraşdırıcı missiya ilə tam əməkdaşlığa səsləyirik".
Avropa İttifaqı son olaraq qanunsuz həbs praktikasını dərhal dayandırmağa və bu şəkildə həbs etdiyi şəxsləri dərhal azad etməyə çağırıb.
"Aİ və ona üzv ölkələr İran qadın və kişilərinin fundamental hüquqlarına və onların istəklərinə güclü dəstəyini bir daha təsdiqləyir. Buna görə də biz İranda insan haqlarının vəziyyəti ilə bağlı narahatlıq doğuran məsələləri həll etmək üçün əlimizdə olan variantları nəzərdən keçirməyə davam edirik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
XƏBƏR LENTİ
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır





