Dünya

İranın mədəniyyət naziri və Tehran merinə qarşı YENİ SANKSİYALAR

15 Sentyabr 2023 19:16
Baxış: 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya hökuməti ABŞ, Kanada və Avstraliya ilə koordinasiyalı şəkildə İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili və Tehran meri Əlirza Zəkaniyə qarşı sanksiyalar tətbiq ediblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyanat verib.

Məlumata görə, sanksiyalar iranlı məmurların Böyük Britaniyaya girişinə qadağa qoyulmasını və bank hesablarının dondurulmasını nəzərdə tutur.

İranın mədəniyyət nazirinin müavinləri də sanksiyalara məruz qalanlar arasındadır.

Sanksiyaların İranda məcburi hicab qanununa qarşı çıxan Məhsa Əmininin ölümü ilə əlaqəli olduğu deyilir.

Xatırladaq ki, 22 yaşlı Məhsa Əmini ötən ilin sentyabr ayında hicab qaydalarına riayət etməməsi səbəbi ilə polis şöbəsinə aparılıb və bir neçə saatdan sonra naməlum şəkildə ölüb. Gənc qızın ölümü İranda ciddi etirazlara səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.