Dünya

Avropa İttifaqı azərbaycanlı milyarderlə bağlı QƏRAR verdi

14 Sentyabr 2023 11:02
Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı azərbaycanlı milyarder Fərhad Əhmədova qarşı sanksiyaların müddətini uzatmadı. 

Milli.Az xəbər verir ki, Fərhad Əhmədov ona qarşı tətbiq edilmiş absurd ittihamlardan qurtuldu.

Sanksiyaların tətbiqinin dayandırıldığı digər şəxslər "Ozon" şirkətinin sabiq rəhbəri Aleksandr Şulqin, RBK mediaholdinqinin sahibi Qriqori Beryozkindir.

Fərhad Əhmədov 2022-ci ilin aprelin 8-də Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilmişdi.

Səbəb kimi də "iş adamının Kremlə yaxın olduğu, Rusiya Federasiyası hökumətinin gəlirlərinin əhəmiyyətli hissəsini təmin edən iqtisadiyyat sahələrində fəaliyyət göstərən biznesmen kimi tanındığı" göstərilmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.