Dünya

Sintetik narkotik istehsal artdı

11 Sentyabr 2023 16:53
Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) icraçı direktoru öz hesabatında bildirib ki, Əfqanıstanda sintetik narkotik istehsalının artımı "Taliban"ın 2022-ci ilin aprelində xaşxaş əkininə qadağa qoymasından sonra güclənib.

"Əfqanıstanda və regionda sintetik narkotik ticarətinin artması qeyri-qanuni narkotik bazarında əhəmiyyətli dəyişikliyi göstərir və bizim təcili diqqətimizi tələb edir", - o deyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hesabatda göstərilir ki, 2019-cu ildən 2022-ci ilə qədər İran və Pakistanda sintetik narkotikin müsadirə halları artıb. Həmçinin, Fransa və Avstriyada da əfqan mənşəli olduğu ehtimal edilən bu narkotik maddənin müsadirəsi qeydə alınıb.

Xatırladaq ki, aprelin 3-də "Taliban" hərəkatının lideri Heybətullah Axundzadə bütün Əfqanıstanda xaşxaş becərilməsinə qadağa qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.