Dünya

ABŞ ballistik raket sınağı həyata keçirəcək

6 Sentyabr 2023 07:08
Baxış: 673
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib ki, ABŞ Rusiya Federasiyasına sentyabrın 6-da səhər saatlarında Minuteman III ballistik raketinin sınağının keçirəcəyi ilə bağlı xəbərdarlıq edib.

Milli.Az report-a istinadən xəbər verir ki, raketin Vanderberq kosmodromundan buraxılması sentyabrın 5-i saat 23:47-dən sentyabrın 6-sı saat 5:47-dək (Bakı vaxtı ilə 10:47-dən 6 sentyabr 16:17-dək - Qeyd) ​​müddətə planlaşdırılır.

Patrik Rayder vurğulayıb ki, raketin sınaq buraxılışında məqsəd ABŞ nüvə qüvvələrinin hazır olduğunu nümayiş etdirməkdir: "Bu sınaq adidir, planlaşdırılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.