Dünya

Seçkilərin nəticələri ləğv edildi, paytaxtda atışma gedir

30 Avqust 2023 10:07
Baxış: 2 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qabon ordusu hakimiyyət institutlarının ləğv olunduğunu elan edib.

Milli.Az report-a istinadən xəbər verir ki, seçki komissiyasının bu gün açıqladığı rəsmi nəticələrə görə, Qabonun hazırkı prezidenti, 14 ildir hakimiyyətdə olan Əli Bonqo Ondimba 64,27% səslə üçüncü müddətə qalib gəlib.

Bundan sonra Qabonda hərbçilər televiziya vasitəsilə bütün dövlət qurumlarının buraxıldığını, son prezident və parlament seçkilərinin nəticələrinin ləğv edildiyini bəyan ediblər. Hazırda paytaxt Librevil şəhərində avtomat silahlardan istifadə edilməklə atışma gedir. Ordu sərhədlərin bağlandığını da bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.