G7 ölkələrinin liderləri başa düşürlər ki, Ukraynada müharibə uzana bilər, lakin onlar ölkəyə nə qədər vaxt lazımdırsa, dəstəkləməyə hazırdırlar.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Kanada Baş naziri Castin Trudo deyib.
Trudo bildirib ki, G7 ölkələri Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gəlməsinə imkan verə bilməz və verməməlidir:
"Əlbəttə, G7-də və NATO-da apardığımız danışıqlara əsasən, biz uzun sürəcək müharibəyə hazırıq, çünki biz Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik".
Milli.Az