Dünya

Krım körpüləri dağılıb, Rusiya bu yola arxalanır - Britaniya

23 Avqust 2023 15:09
Baxış: 1 591
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çonqar və Geniçeskdəki körpülərinə güclü zərbələrdən sonra ruslar Krımda öz logistikaları üçün yalnız bir uzun marşruta bel bağlamaq məcburiyyətində qalıblar.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, indi ruslar Ukraynanın cənubunun Krımla sərhədində ponton keçidləri inşa edir:

"Avqustun ortalarında Ukraynanın Çonqar və Geniçesk körpülərinə endirdiyi ağır zərbələrdən sonra, çətin ki, bu infrastruktur Rusiyanın ağır texnika və sursatlarının böyük yükünə tab gətirə bilsin. Krımda dar yerlər yaranıb. Bu o deməkdir ki, Rusiya Armyanskdan keçən uzun yola arxalanır. Bu da Rusiyanın cənubdakı logistika şəbəkəsinə əlavə çətinliklər yaradır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.