Dünya

Gümrüdə rusiyalı hərbçilər erməniləri döydülər

22 Avqust 2023 07:40
Baxış: 1 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistandakı 102-ci Rusiya hərbi bazasında xidmət aparan rusiyalı hərbçilər Ermənistan vətəndaşlarını döyüblər.

Milli.Az bildirir ki, axar.az erməni mediasına istinadən xəbər verir ki, hadisə Gümrüdəki kafelərdən birində baş verib.

Kafedə alkoqollu içki qəbul edən rusiyalı hərbçilər səs-küy salıblar. İaşə obyektində çalışan işçilərin onları sakitliyə riayət etməyə dəvət etmələri rusiyalı hərbçilərin xoşuna gəlməyib və nəticədə mübahisə yaranıb.

Artıq insidentlə əlaqədar Rusiya Silahlı Qüvvələrinin üç hərbçisi saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.