Dünya

İran Müəllimlər Birliyinin katibi həbs cəzasına məhkum edildi - FOTO

18 Avqust 2023 14:14
Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Müəllimlər Birliyinin katibi həbs cəzasına məhkum edilib.

Milli.Az xəbər verir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi hökm çıxarıb.

Qərara əsasən, Müəllimlər Birliyinin katibi Tahirə Nəqiyə altı ay şərti həbs cəzası verilib, habelə beş il ölkədən çıxışına, siyasi qruplara üzv olmağa və mobil telefondan istifadəsinə qadağa qoyulub.

Qeyd edək ki, o, daha öncə hakimiyyət əleyhinə təbliğat aparmaq və yalan məlumatlar yaymaqda ittiham edilmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory