Dünya

Rusiya ordusunun Ukraynadakı itkilərinin sayı 254 minə yaxınlaşır

13 Avqust 2023 11:46
Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya ordusunun Ukraynadakı itkilərinin sayı 254 minə yaxınlaşır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya müharibənin başlanğıcından bu günə kimi, təxminən, 253 850 canlı qüvvəsini itirib.

Məlumata görə, bundan başqa, Rusiya ordusunun indiyədək 4 298 tank, 8 335 zirehli döyüş maşını, 5 072 artilleriya sistemi, 713 RYAS (reaktiv yaylım atəş sistemləri), 315 təyyarə, 313 helikopter, 4 204 PUA, 1 379 qanadlı raket, 7 543 avtomobil texnikası və 760 xüsusi texnikası məhv edilib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.