Hizbullah rəhbəri güneyliləri təhdid etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hizbullahın rəhbəri Həsən Nəsrullah Güney Azərbaycana salam göndərərək deyib ki, onlar Xameneinin əmrindən çıxmasınlar. Onun Güney Azərbaycana mesajını təhdid kimi dəyərləndirmək olar.
Milli.Az Axar.az-a istinadən bildirir ki, bu sözləri Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi Hizbullah rəhbərinin Ərdəbilin cümə imamı Həsən Amili vasitəsi ilə güneylilərə göndərdiyi mesajı şərh edərkən deyib.
Onun sözlərinə görə, bu, adi mesajdan daha çox təhdiddir və terror qrupunun rəhbəri bununla rejimin yanında olduqlarını göstərmək istəyir:
"Ərdəbilin cümə imamı Həsən Amili özü Livan əsillidir. Livanın Cəbəl-Amil bölgəsindədir. Azərbaycana sonradan gəliblər. Eyni kökdən olan iki insan görüşüb, Azərbaycanı müzakirə ediblər. Heç vaxt Güney Azərbaycanın hüququndan, dil haqlarından, iqtisadi və siyasi ayrı-seçkiliyindən danışmayan bir adamın güneylilərə çatdırdığı sözlər başqa cür də anlaşıla bilməz".
Cavadi bildriib ki, rejimə bağlılığı ilə seçilən Hizbullah təşkilatı azərbaycanlılara qarşı əsl simasını dəfələrlə göstərib:
"Nəsrullahın və İrana bağlı olan digər terror qruplarının Azərbaycana qarşı siyasətlərini və əməllərini uzun illərdən bəridir ki, görmüşük. Bunlar Qarabağ müharibəsində açıq şəkildə Ermənistanı dəstəkləyiblər. İranda və Güney Azərbaycanda keçirilən xalq etirazlarının yatırılmasında rejimin yanında olublar. Onlara dəstək veriblər".
Sözçü hesab edir ki, mesajın indiki məqamda göndərilməsi rejimin və onun ətrafının Azərbaycanla bağlı baş verən hadisələrə reaksiyasıdır:
"İranda Azərbaycan məsələsi çox aktualdır. Güney Azərbaycanla yanaşı, Quzeylə münasibətlərdə gərginlik yaşanır. Urmiya gölü ilə bağlı xalqın gündən-günə artan narazılığı və oyanışı rejim tərəfdarlarını narahat edir. İndiki vəziyyətdə bu, sadəcə, xəbərdarlıqdır. Lakin yaxın zamanlarda İranda qarışıqlıq düşsə, Azərbaycan türklərinə qarşı terror əməllərinə əl atacaqları istisna olunmur. Çünki Güney azərbaycanlıların İranda əsas təsir qüvvələrindən biri olduğunu anlayırlar. Belə təhdidlər Güney Azərbaycanı öz yolundan döndərə bilməz. Azərbaycan türklərinin Nəsrullah kimilərin sözünə məhəl qoyacaqlarını düşünmürəm. Onlar milli mücadilələrini belə boş sözlərə fikir vermədən davam etdirəcəklər. Bizim millətin üzərində bu mesajın təsir gücü yoxdur. Sadəcə, düşmənlərimizi daha yaxşı tanımış oluruq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Air India" təyyarəsi burulğana düşüb, xəsarət alanlar var
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqladı
-
“Volkswagen”, BMW və “Porsche”dən böyük ixtisar qərarı
-
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
-
Rusiya ordusundan Xarkovla bağlı yeni iddia
-
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
XƏBƏR LENTİ
-
Bu tarixdən havalar dəyişir - İstilər bitir
-
"Air India" təyyarəsi burulğana düşüb, xəsarət alanlar var
-
Tanınmış həkimin səs yazısı yayıldı - iddia
-
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
-
Kirayə mənzillər cəmi 16 dəqiqədə bitdi
-
3 mindən çox sakin susuzluqdan əziyyət çəkir
-
Bakıda "yararsızdır" qərarı verilən gənci əsgər aparıblar? - Agentlik məsələyə aydınlıq gətirdi
-
Ceki Çanın Bakıda ilk görüntüləri (Video)
-
“Sabah” “Lester”in futbolçusunu transfer etdi
-
Naxçıvanda ağır qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
Nəriman Həsənzadənin övladları: keçmiş gömrükçü, musiqişünas pedaqoq (Foto)
-
Bu tarixdə Günəş tam tutulacaq
-
Özəl bağçalarda 8 min uşağın təhsil haqqını dövlət ödəyəcək
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqladı
-
Avrokuboklarda sarı vərəqə qaydası dəyişdi
-
“Volkswagen”, BMW və “Porsche”dən böyük ixtisar qərarı
-
Region teatrlarına rəhbər axtarılır - Müsabiqə elan edildi
-
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
-
“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib - (Foto)
-
Anar Ağakişiyevin çantasında powerbank partladı - Xəsarətlər alıb - (Video)
-
Dünyanın gözlədiyi qərar: Hörmüz boğazı açılır?
-
Rusiya ordusundan Xarkovla bağlı yeni iddia
-
Azərbaycanlı tələbə Rusiyanın dron hücumu nəticəsində ağır yaralandı - (Foto)
-
Şamaxı–İsmayıllı yolunda avtomobil yanıb - (Video)





