Dünya

İki ölkə arasında təhlükəsizlik rejimi gücləndirildi

9 Avqust 2023 07:52
Baxış: 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Latviyanın Nazirlər Kabineti Belarus-Latviya sərhədində gücləndirilmiş təhlükəsizlik rejiminin tətbiqi barədə qərar qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Delfi informasiya portalı məlumat yayıb.

Məlumata görə, 2023-cü il avqustun 11-dən 2024-cü il fevralın 10-dək Ludza, Kraslava, Auqşdauqava vilayətlərinin və Dauqavpils inzibati ərazilərində sərhəd mühafizə rejimi gücləndiriləcək.

Bu tədbiri ölkənin Daxili İşlər Nazirliyi təklif edib. Bildirilir ki, Latviya -Belarus dövlət sərhədindən qeyri-qanuni keçməyə cəhdlər belə bir rejimin tətbiqini zəruri edib.

Bundan əlavə, Latviya Daxili İşlər Nazirliyinin rəhbəri Maris Kuçinskis Belarus ərazisində "Vaqner PMC"yə məxsus qırıcıların olmasını xatırladıb.

Nazirin sözlərinə görə, PMC-lər tərəfindən hər hansı təxribat əlamətləri yoxdur, lakin belə bir ehtimalı da istisna etmək olmaz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.