Dünya

İmran Xana 5 il siyasətlə məşğul olmaq qadağan edildi

8 Avqust 2023 21:52
Baxış: 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistanın Seçki Komissiyası keçmiş baş nazir və müxalif Ədalət Hərəkatı partiyasının lideri İmran Xanın beş il müddətinə siyasətdən kənarda qalmasını təsdiqləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qurum Xanın korrupsiyada təqsirli bilinməsindən sonra ona beş il müddətinə siyasi vəzifə tutmağı və seçkilərdə iştirakı qadağan edib.

Xatırladaq ki, avqustun 5-də İslamabad məhkəməsi Xanı dövlətə məxsus Toşaxan anbarından qiymətli əşyaların satışı ilə bağlı dələduzluq işi ilə bağlı üç il müddətinə azadlıqdan məhrum edib. Cəza həm də Xanın beş il müddətinə siyasi fəaliyyətlə məşğul olmaq imkanından məhrum edilməsini nəzərdə tutur. Keçmiş baş nazir hökmdən qısa müddət sonra Lahordakı iqamətgahında həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.