Dünya

İsveçdə qatar relsdən çıxıb, xəsarət alanlar var

7 Avqust 2023 20:36
Baxış: 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçin paytaxtı Stokholmdan ölkənin şimal-şərqindəki Sundsvall şəhərinə gedən sərnişin qatarı Hudiksvallın cənubunda relsdən çıxıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə güclü yağışın dəmir yolu xəttinin torpaq qatını yuyub aparması nəticəsində baş verib. İnsident zamanı qatarda 120 sərnişin olub, dörd vaqondan öndəki ikisi aşıb.

Polisdən verilən məlumata görə, 3 nəfər xəstəxanaya aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.