Dünya

Sloveniyada qırmızı təhlükə səviyyəsi elan edildi: Vəziyyət getdikcə pisləşir

5 Avqust 2023 17:34
Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sloveniya Respublikası Ətraf Mühitin Mühafizəsi Agentliyi güclü yağıntılar səbəbindən ölkənin şimal-şərq, şimal-qərb və mərkəzi hissələri üçün qırmızı təhlükə səviyyəsi elan edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Sloveniya Mətbuat Agentliyi məlumat verib.

Qeyd olunub ki, gecə yarısına qədər qüvvədə olacaq qırmızı təhlükə səviyyəsi uzun sürən leysan yağışlarla əlaqədar elan edilib, eyni zamanda su səviyyəsinin daha da qalxması və su axarlarında daşqınlar gözlənilir.

Agentliyin məlumatına görə, Sloveniyanın şimal, şimal-qərb və mərkəzi bölgələrinin bəzi rayonlarında artıq 140 mm-dən çox yağış yağıb. Bəzi yerlərdə bu, orta aylıq göstəriciyə uyğun gəlir.

Leysan yağışlar və daşqınlar səbəbindən ölkə ərazisində bir çox yollar və magistral yolların bəzi hissələri bağlanıb. Vəziyyət kəskin şəkildə dəyişir, yeni ərazilər su altında qalır. Sürücülərdən xahiş olunur ki, yollardakı vəziyyətə nəzarət etsinlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.