Rusiya müdafiə naziri Sergey Şoyqu xüsusi əməliyyat zonasında "Mərkəz" qruplaşmasının qabaqcıl komanda məntəqəsinə baxış keçirib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Şoyqu qruplaşma komandiri general-leytenant Andrey Mordviçevin, komandirlərin və qərargah zabitlərinin vəziyyət, düşmənin hərəkətlərinin xarakteri və RF Silahlı Qüvvələrinin taktiki ərazilərdə döyüş tapşırıqlarının yerinə yetirilməsi barədə məruzəsini dinləyib.
Milli.Az