Dünya

Ruslar anladılar ki, uduzsalar... - Makqreqor

31 İyul 2023 06:06
Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ruslar anladılar ki, hazırda ekzistensial mübarizə gedir və bu mübarizədə uduzsalar, Qərb Rusiya hökumətini əvəz edə və ölkənin bütün resurslarına çıxış əldə edə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Pentaqonun rəhbərinin sabiq müşaviri Duqlas Makqreqor deyib.

"Hazırda Rusiya pravoslavlığa əsaslanan güclü mədəni kimliyə malik millətçi dövlət kimi görünür. Bundan əlavə, ölkə mineral və kənd təsərrüfatı məhsullarının ən zəngin ehtiyatlarına malikdir. Əgər siz Rusiyaya girib hakimiyyəti devirə bilsəniz, onu dağıda və dəyişdirə bilərsiniz. Onda bütün bu resurslara çıxışınız olacaq. Düşünürəm ki, ruslar bunu başa düşdülər və buna görə də bunun həqiqətən qalib gəlməli olduqları ekzistensial mübarizə olduğuna qərar verdilər", - Makqreqor bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.