Dünya

Rusiya Dneprə raket zərbəsi endirib, yaralılar var - FOTO

29 İyul 2023 00:12
Baxış: 1 048
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Ukraynanın Dnepr şəhərinin yaxınlığına zərbə endirməsi nəticəsində 5 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.

Raket çoxmərtəbəli yaşayış binasına düşdüyü üçün yaralıların sayının artacağı istisna edilmir.

Yaralıların hamısına xəstəxanaya yerləşdirilmədən tibbi yardım göstərilib.

Dnepropetrovsk Regional Dövlət Administrasiyasının rəhbəri Sergiy Lısak deyib ki, Dneprdə raket zərbələri nəticəsində inzibati binada yanğın qeydə alınıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Dneprdə Təhlükəsizlik Xidmətinin binası partlayış nəticəsində zədələnib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.