Dünya

Dünyanı heyrətə gətirən kəşf - Super Yer tapıldı

23 İyul 2023 16:58
Baxış: 4 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Astronomlar NASA-nın Transiting Exoplanet Tracking Satellite (TESS) ilə yeni "super-Yer" ekzoplanetinin kəşf edildiyini elan ediblər.

Milli.Az musavat.com-a istinadla xəbər verir ki, "TOI-1680 b" adlandırılan ekzoplanet Yerdən təxminən 50 faiz böyük olan və dünyadan təxminən 120 işıq ili uzaqlıqda yerləşən M tipli cırtdan ulduzun ətrafında fırlanır.

"TOI-1680 b"in Yerin radiusundan 1,46 dəfə geniş olduğu təxmin edilir və kütləsi Yerin kütləsinin təxminən 3,18 qatına bərabərdir.

Qeyd edək ki, TESS tranzit ekzoplanetləri axtarmaq üçün Günəşə yaxın, ən parlaq 200 min ulduzu axtarır. İndiyədək 6700-ə yaxın ekzoplanetin tapıldığı güman edilib, onlardan 363-ü təsdiqlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.