Dünya

Serdar Ortaça göbəyindən zeytun yedirtmişdi: Görün indi nə haldadır - FOTO

21 İyul 2023 21:15
Baxış: 2 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Karabibərim" mahnısının klipində Serdar Ortaçın qarnından zeytun yediyi qaraşın gözəl İlknur Soydaş evləndikdən sonra ictimaiyyətdən uzaq bir həyat sürməyə üstünlük verib.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, iş adamı Cem Pole ilə həyatını birləşdirdikdən sonra ekranlardan uzaqlaşan 46 yaşlı İlknur Soydaşın indiki halını görənlər heyrətlərini gizlədə bilməyiblər. İllər sonra ortaya çıxan İlknur Soydaş gözəlliyi ilə illərə meydan oxuyur.

Sosial mediada gündəlik həyatını paylaşan İlknur Soydaş minlərlə bəyənmə və şərhlər alır.

90-cı illərdə Serdar Ortaçın "Karabibərim" mahnısının klipində oynayaraq məşhurlaşan İlknur Soydaşın 46 yaşı olsa da, formasını itirməyib.

Adının Karabibər olmasından narahat olduğunu bildirən Soydaş, "Mən "Karabibərəm" mahnısının klipi ilə var olmamışam" deyib:

"Bir çox serial və filmlərdə rol almışam. Amma mənə həmişə Karabibər deyirlər. Rəsmən üzərimə yapışdırdılar bu adı. Yanlış başa düşməyin, "Karabibərəm" klipi məni narahat etmir, amma başqa layihələrim də çoxdur... Yeri gəlmişkən, çəkilişlər üçün çox darıxıram".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.