Dünya

Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələdi

20 İyul 2023 23:41
Baxış: 802
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus strateji sualtı qayığının Cənubi Koreyanın Busan limanına daxil olması bizim nüvə silahından istifadə etməyimizə səbəb ola bilər".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının (KXDR) müdafiə naziri Kanq Sun Nama deyib.

"Biz ABŞ ordusuna xatırladırıq ki, strateji yerləşdirmələrin, o cümlədən strateji nüvə sualtı qayıqlarının görünməsinin artırılması nüvə silahının istifadəsi şərtlərinə daxildir"-deyə, o bildirib.

Nazir bildirib ki, ABŞ onun nüvə aktivlərinin çox təhlükəli sulara daxil olduğunu bilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.