Dünya

Baba uşaq bağçasından başqasının nəvəsini götürdü - VİDEO

19 İyul 2023 17:42
Baxış: 1 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sankt-Peterburqda yaşlı kişi uşaqları qarışdıraraq başqasının nəvəsini bağçadan götürüb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, iyulun 17-də polisə şəhərin Nevski rayonunda uşağın guya oğurlanması barədə məlumat daxil olub. Altı yaşlı qız Krılenko küçəsi 15 ünvanında yerləşən uşaq bağçasından yoxa çıxıb.

Dərhal bütün postlara xəbər verilib, əməliyyatçılar və yol polisi dəstələri cəlb olunub.

Tezliklə uşaq tapılıb. Məlum olub ki, yaşlı kişi nəvəsi üçün bağçaya gəlib və sonda səhvən başqasının qızını aparıb. Qız valideynlərinə qaytarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.