Dünya

Raket zərbələri azalıb, Rusiya böyük zərbəyə hazırlaşır

19 İyul 2023 13:07
Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusların son vaxtlar nadir hallarda raketlərdən istifadə etməsi onların müəyyən bir məqsəd üçün toplandığından xəbər verə bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.

"Biz görürük ki, raket silahlarından istifadə minimuma endirilib. İyulun əvvəlindən Ukraynada 140-a yaxın kamikadze PUA, 21 "Kalibr" və 1 "İsgəndər-M" raketindən istifadə olunub. İyunun 24-dən bəri isə X-101/555-i bir dəfə də olsun, buraxmayıblar. Bunlar Ukraynanı vurduqları əsas raketlər olduğundan, bizi bir az narahat edir", - Kovalenko bildirib.

Onun sözlərinə görə, bu məsələnin səbəblərindən biri qış dövrünə hazırlıq ola bilər:

"Xatırladım ki, sonuncu dəfə ruslar martın 9-dan aprelin 28-dək, demək olar ki, ay yarım fasilə vermiş, sonra isə yenidən müntəzəm atəşə tutmağa başlamışdılar".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.