Misirin paytaxtı Qahirədə yaşayış binası çöküb, ölənlər var.
Milli.Az APA-ya istinadən bildirir ki, Qahirənin mərkəzindən şimalda beş mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 9 nəfərin ölüb.
Xilasetmə qrupları dağıntıların altından 4 nəfəri sağ çıxarıb.
Misirin Sosial Həmrəylik Nazirliyi qurbanların ailələrinə hər birinə 1940 dollar kompensasiya veriləcəyini bildirib.
Rəsmilər yaralıların da yardım alacağını bildiriblər.
Milli.Az