5 mərtəbəli yaşayış binası çökdü - 9 ölü

17 İyul 2023 19:09

Misirin paytaxtı Qahirədə yaşayış binası çöküb, ölənlər var.

Milli.Az APA-ya istinadən bildirir ki, Qahirənin mərkəzindən şimalda beş mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 9 nəfərin ölüb.

Xilasetmə qrupları dağıntıların altından 4 nəfəri sağ çıxarıb.

Misirin Sosial Həmrəylik Nazirliyi qurbanların ailələrinə hər birinə 1940 dollar kompensasiya veriləcəyini bildirib.

Rəsmilər yaralıların da yardım alacağını bildiriblər.

Milli.Az