Dünya

Bağça müəlliməsi edam edildi - DƏHŞƏT SAÇAN SƏBƏB - FOTO

15 İyul 2023 09:50
Baxış: 2 964
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Henan əyalətində uşaq bağçasının keçmiş müəlliməsi edam edilib. O, himayəsində olan 25 uşağı natrium nitritlə zəhərləməkdə təqsirli bilinib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Bir neçə il öncə Tszyaotszo şəhərində uşaq bağçalarının birində kütləvi qida zəhərlənməsi qeydə alınıb. Sonradan polis bağçada müəllimə olan Van Yunun uşaqların sıyığına natrium nitrit qatdığını müəyyən edib.

Nəticədə 25 uşaq zəhərlənib, onlardan biri isə 10 aylıq müalicədən sonra dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, müəllimə həmkarı ilə münaqişə zəminində sıyığa zəhərli maddə qatıb.

İstintaq zamanı məlum olub ki, 2017-ci ildə qadın eyni şəkildə ərini zəhərləyib - onunla dava edəndən sonra içkisinə natrium nitrit qatıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.