Dünya

Məşhur müğənni: "Mənə insanların rəyi lazım deyil"

12 İyul 2023 23:52
Baxış: 2 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Zayn Malik "Call Her Daddy" verilişində eks-sevgilisi, məşhur model Cici Hadid və qızı Xai haqqında danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı Cicidən ayrıldıqdan sonra şəxsi həyatı ilə bağlı şayiələrə cavab verməməyə üstünlük verdiyini bildirib:

"Ailədə nəsə olarsa, onu qohumlar arasında həll etməyə üstünlük verərdim. Mənə insanların rəyi lazım deyil. Mən və bu məsələdə iştirak edənlər nə baş verdiyini bilirik, bu, kifayətdir. Zəhərli bir mühitdə, kiməsə öz mövqeyimi izah etmək çox vaxt aparır, ona görə də özümü cilovlayıram".

Zayn övladı olandan sonra həyatının nəcə dəyişdiyindən də bəhs edib:

"Qızım dünyaya gələndən həyatımdakı əsas şey ona yaxşı nümunə olmağa çalışmaqdır. Düşünürəm ki, hamımız yetkinlik dövründə hər şeyin boz və darıxdırıcı göründüyü bir nöqtəyə çatırıq. Bu məqamda qızım həyatıma yenidən rəng qatdı".

Qeyd edək ki, Zayn ötən il Cici evdə olmayanda içəri girmək istəyən anası İlondanı vurub. Bundan sonra cütlük ayrılmaq qərarı alıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.