Dünya

Quşlar da xəyanətə görə ayrılırmış - Maraqlı araşdırma - FOTO

9 İyul 2023 02:02
Baxış: 1 898
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin və Almaniyadan olan ornitoloqlar 200-dən çox quş növünün davranışını təhlil edərək sensasiyalı açıqlamalar veriblər. Məlum olub ki, quşlar arasında "uzaq məsafədən sevgini" dəstəkləməyənlər və "xəyanəti bağışlamayanlar" var, dişi quş buna görə öz cütündən ayrıla bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, elm adamlarının sözlərinə görə, monoqam quşların 90%-i ən azı bir cütləşmə mövsümü üçün bir quşla yaşayır. Bunlar arasında "nümunəvi ailə başçısı" roluna tab gətirməyib, hələ də "başqalarına baxanlar" da olur. Belə olanda öz yuvasına gedən yol onun üçün əbədi olaraq bağlanır.

Alimlər "xəyanət"in daha çox erkəklərdə müşahidə olunduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bu "xəyanəti" aşkar edən dişi erkəyi "bağışlamır" və "xəyanətkarı" özündən uzaqlaşdıraraq "boşanır".

Ən maraqlısı isə, dişilərin "xəyanətinə" belə cavab verilmir, onlara olar.
Alimlər həmçinin daha uzun miqrasiya məsafəsi olan növlərin ayrılma nisbətinin daha yüksək olduğunu aşkar ediblər.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.