Dünya

Yamacdan düşən qaya parçası avtomobilləri xıncım-xıncım etdi - VİDEO

5 İyul 2023 18:34
Baxış: 1 624
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hindistanın Naqaland əyalətində yamacdan düşən qaya parçaları avtomobilləri əzib.

Milli.Az "TRT Haber"-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hindistanın Naqaland əyalətində Dimapur və Kohima arasındakı yolda hərəkətdə olan 3 avtomobil yamacdan düşən qayaların altında qalıb. Səlahiyyətlilər qəzadan sonra magistral yollardakı təhlükəsizlik infrastrukturunun nəzərdən keçiriləcəyini və lazımi addımların atılacağını açıqlayıb.

Qeyd edək ki, bu yolda əvvəllər də tez-tez sürüşmə və qaya uçqunları baş verib. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.