Dünya

Dubayda tullantıları enerjiyə çevirən dünyanın ən böyük zavodu açıldı

5 İyul 2023 22:17
Baxış: 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çərşənbə axşamı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dəyəri 1 milyard dollardan çox olan dünyanın ən böyük tullantıları enerjiyə çevirən zavodu açılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə vəliəhd, Əmirliyin İcraiyyə Şurasının sədri Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum məlumat verib.

Dubayın vəliəhd şahzadəsinin sözlərinə görə, stansiya 220 MVt/saat elektrik enerjisi istehsal etmək iqtidarındadır ki, bu da 135 000 mənzilə xidmət göstərmək üçün kifayətdir.

Müəssisə ətraf mühitə mənfi təsir göstərmədən ildə 2 milyon ton tullantı emal edə bilər.

Qeyd edək ki,  2021-ci ildə BƏƏ 2050-ci ilə qədər ölkənin karbon neytrallığına nail olmağı hədəfləyən "Net Zero 2050" strateji təşəbbüsünü təqdim edib. Bu təşəbbüs təmiz enerji mənbələrinin tətbiqinə yönəlib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.